Avropa İttifaqı nüfuzdan düşdü
Bizi izləyin

Ekopublika.az

Avropa İttifaqı nüfuzdan düşdü

Avqustun 3-də “Standard & Poor's” (S&P's) Beynəlxalq Reytinq Agentliyi Avropa İttifaqının iqtisadi reytinq proqnozunu “stabil”dən “mənfiyə”dək endirib. Agentliyin məlumatında bildirilir ki, bununla belə region üzrə reytinq AA+ səviyyəsində qalıb.

Proqnozlara yenidən baxılmasının səbəbi Yunanıstana yeni maliyyə yardımı paketinin verilməsi olub. Bundan başqa, agentlik Böyük Britaniyanın 2017-ci ildə Aİ-dan çıxması fonunda Aİ-nin büdcə gəlirlərinin potensial azalmasını nəzərə alır. Hazırda Böyük Britaniya Aİ büdcəsinə ayırmaların həcminə görə ikinci yeri tutur.

Riskin daha bir faktoru Avropa komissiyasının sədri Jan-Klod Yunkerin təklif etdiyi və 2014-cü ilin sonunda Aİ-nin sammitində bəyənilən Brüssel tərəfindən verilən investisiya planı üzrə zəmanətdir.

Yeni Avropa Fondunun strateji investiyalarının planlaşdırılmış həcmi üç ildən sonra azı 315 milyard avro təşkil etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm