Daş, qum, çınqıl, duz ucuzlaşıb
Bizi izləyin

Ekopublika.az

Daş, qum, çınqıl, duz ucuzlaşıb

2015-ci ilin iyul ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 6,1 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,1 faiz, emal sənayesi üzrə isə 0,9 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, cari ilin iyul ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 7,1 faiz, metal filizlərinin hasilatı üzrə 2,0 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 1,7 faiz ucuzlaşma müşahidə olunub.

İyul ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,9 faiz, kimya sənayesi üzrə 2,1 faiz, metallurgiya sənayesi üzrə 2,0 faiz, neft məhsullarının istehsalı üzrə 1,6 faiz, maşın və avadanlıqların istehsalı üzrə 1,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,5 faiz, toxuculuq sənayesi və poliqrafiya fəaliyyəti üzrə 0,2 faiz ucuzlaşıb, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 8,5 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 2,4 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 1,1 faiz, içki istehsalı üzrə 1,0 faiz, geyim istehsalı üzrə 0,9 faiz, mebel və qida məhsullarının istehsalı üzrə 0,2 faiz, tikinti və tütün məmulatlarının istehsalı üzrə 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm