Bakıdan sonra daha kimlər Tehrana “iqtisadi desant” çıxarır?
Bizi izləyin

Ekopublika.az

Bakıdan sonra daha kimlər Tehrana “iqtisadi desant” çıxarır?

Tehranın nüvə proqramı ilə bağlı Qərblə anlaşmasından sonra dünyanın bir çox ölkəsi İran bazarı ilə maraqlanırlar.

Publika.az xəbər verir ki, Rusiyanın “Vedomosti” nəşri bu günlərdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana səfərini buna nümunə kimi göstərir.

Nəşr yazır ki, Tehran son həftələr Azərbaycan, Almaniya, İtaliya, İspaniya, Fransa, Türkmənistan və Avropa və Asiyanın digər ölkələrinin nümayəndə heyətlərini qarşılayır. Hətta Amerikanın böyük şirkətləri də İran bazarı iə maraqlanırlar.

“İranda pul var və olacaq. Sanksiyaların ləğvindən sonra təxminən 100 milyard doların donu açılacaq. Həmçinin, kredit almaq və vermək istəyənlər də bu ölkəyə maraqla yanaşırlar”, - deyə məqalədə bildirilir.

“Vedomosti” qeyd edir ki, İran bazarı çiçəkləndikcə Rusiya iqtisadiyyatında geriyə sayım başlayıb.

“Artıq bir çox iri beynəlxalq şirkətlər Rusiyadan çıxırlar. Misal üçün, “General Motors” Rusiya bazarından getdi. Bəzi şirkətlərin nümayəndəlikləri bazarı tərk etdi. Güman ki, Rusiyadan çıxan şirkətlər kapitallarını regiondan aparmayacaqlar. Əksinə eyni sərmayəni İrana qoyacaqlar”, - deyə nər yazır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm