İranın Azərbaycanda dondurulmuş yarım milyonu aktivləşir
Bizi izləyin

Ekopublika.az

İranın Azərbaycanda dondurulmuş yarım milyonu aktivləşir

Azərbaycan hökuməti ölkəmizdə olan dondurulmuş 120 milyon dollar İran vəsaitini aktivləşdirmək niyyətindədir.

Publika.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə ticarət və iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan müştərək komissiyasının rəhbəri Mehdi Möhtəşəmi yerli KİV-lərə açıqlamasında bildirib.

"Tehranda baş tutan Azərbaycan nümayəndə heyətilə görüşdə bu ölkədə olan 500 milyon dollar İran vəsaitinin aktivləşdirərək iki ölkə arasındakı ticari əlaqələrə sərf edilməsi məsələsinə baxıldı”, - Möhtəşəmi əlavə edib.

Buna qədər isə İran tərəfi Azərbaycan Mərkəzi Bankına müraciət edərək Azərbaycan hesablarında olan və İran şirkətləri tərəfindən istifadə olunmayan vəsaitin geri qaytarılmasını xahiş etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm