Zakir Nuriyevin ABA-ya gətirilməsi nəyi dəyişəcək?
Bizi izləyin

Ekopublika.az

Zakir Nuriyevin ABA-ya gətirilməsi nəyi dəyişəcək?

Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyevin Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyinə gətirilməsi bu sektorda müəyyən dəyişikliyə səbəb ola bilər.

Bunu Publika.az-a iqtisadçı ekspert Samir Əliyev deyib. O qeyd edib ki, Zakir Nuriyev bu sahədə peşəkar təcrübəyə malikdir. 10 ildən çox Assosiasiyaya rəhbərlik edib.

“Bank sektorunun ağır dövründə peşəkar bankirin - Z.Nuriyevin prezident kürsüsünə gətirilməsi onu göstərir ki, banklar Assosiasiyanın fəaliyyətində canlanma yaratmaq istəyir və onların səsini gücləndirəcək bir quruma ehtiyacları var. Bu dəyişikliyin real yoxsa formal olmasını isə zaman göstərəck” – ekspert əlavə edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm