Gürcüstanda çörək bahalaşır
Bizi izləyin

Ekopublika.az

Gürcüstanda çörək bahalaşır

Sentyabr ayından etibarən Gürcüstanda çörəyin qiymətinin bahalaşacağı gözlənilir. Trend-in məlumatına görə, "Qruziya Online" yazır ki, istehsalçılar bunun səbəbini ölkədə unun qiymətinin bahalaşması ilə izah edirlər.

"İpkli" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Şakro Bakuradze bildirib ki, təəssüf ki, biz çörəyin indiki qiymətini saxlaya bilmirik, bunu sentyabr ayına kimi edə bilsəydik, yaxşı olardı: "Əgər unun qiyməti tənzimlənməsə və indiki qiymətində qalsa, bu gün də çörəyin qiyməti mütləq bahalaşacaq. Çörəyin qiyməti 10 tetri yüksələcək. Unun kisəsi iyunun 10-dan 37 laridən 44 lariyə yüksəlib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm