Neft 10 dollar da ucuzlaşacaq - PROQNOZ
Bizi izləyin

Ekopublika.az

Neft 10 dollar da ucuzlaşacaq - PROQNOZ

Dünya Bankının son proqnozuna görə İran üzərindən sanksiyaların qaldırılması neftin qiymətini 10 dollar da ucuzlaşdıracaq.

Bankın ekspertləri hesab edir ki, sanksiyalar ləğv edildikdən sonra, Hindistan, Çin və Britaniya kimi ölkələrin Tehranla ticarət əlaqələri xeyli intensivləşəcək. Bu həmdə İran iqtisadiyyatında inkişafa təkan verəcək. Beynəlxalq sanksiyaların qaldırılması nəticəsində 2016-cı ildə İranda iqtisadi artım 5 faizdən çox olacaq.

Hesabatda həmçinin vurğulanır ki, İran neft hasilatını xeyli artırmaq potensialına malikdir. Bu da Yaxın Şərqin başqa neft ixracatçılarının, o cümlədən Liviya, Səudiyyə və Körfəz ölkələrinin neft gəlirlərini azaldacaq. Əvəzində Misir və Tunis kimi ölkələr aşağı neft qiymətlərindən fayda görəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm