2016-cı ildə qlobal neft tələbi rekord səviyyədə olacaq
Bizi izləyin

Ekopublika.az

2016-cı ildə qlobal neft tələbi rekord səviyyədə olacaq

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) görə qlobal neft tələbi 2016-cı ildə 2015-ci ilə nisbətdə gündəlik 1,34 milyon barrel artaraq rekord səviyyədə - gündəlik 94,04 milyon barrel olacaq.

Bu barədə OPEC-in iyul ayına dair hesabatında məlumat verilir. Hesabata görə, bu il qlobal neft tələbinin artım miqdarı gündəlik 1,38 milyon barrelə, qlobal neft tələbi isə təxminən gündəlik 92,70 milyon barrelə yüksələcək.

OPEC iyulda xam neft istehsalını iyunla müqayisədə gündəlik 101 min barrel artıraraq 31,51 milyon barrelə çatrıdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm