Pərakəndə ticarət dövriyyəsinin həcmi artıb
Bizi izləyin

Ekopublika.az

Pərakəndə ticarət dövriyyəsinin həcmi artıb

Cari ilin birinci yarısında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 13,4 faiz artaraq 12 milyard manat təşkil edib.

Bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunan növbəti nömrəsində məlumat verilir.

Bildirilir ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,5 faizi qida məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub. ​Ümumilikdə, hər bir istehlakçı fərdi istehlak məqsədilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 104 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 105,9 manatlıq qeyri-ərzaq malları alıb. Əsasən qeyri-ərzaq məhsullarının bir hissəsi elektron ticarət vasitəsilə satılıb. Bu ilin yanvar-iyun aylarında elektron ticarət şəbəkəsində istehlakçılara 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çox istehlak malları satılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm