• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İdxal və ixracın həcmi bəlli oldu

İdxal və ixracın həcmi bəlli oldu

Yanvar-iyun aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 138 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib.

Publika.az xəbər verir ki, 88 ölkəyə əmtəə ixrac olunub. 123 ölkədən idxal reallaşdırılıb. Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 25-i Amerika, 41-i Asiya ölkələri və digərləri olub.

Altı ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 13891,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 9193,0 milyon dollar, idxalın həcmi 4698,6 milyon dollar təşkil edib. Nəticədə 4494,4 milyon dollarlıq müsbət saldo yaranıb.

İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunan məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar-iyun aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 870,6 milyon dollar olub.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR