Əhali ərzağa xərclədiyi pulu azaldıb
Bizi izləyin

Ekopublika.az

Əhali ərzağa xərclədiyi pulu azaldıb

Pərakəndə ticarət subyektlərində istehlakçılara 14,0 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz çox əmtəə satılıb.

Publika.az xəbər verir ki, satılmış istehlak mallarının 49,7 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,3 faizini qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 0,8 faiz bəndi artıb.

Cari ilin yeddi ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artaraq 7,2 milyon manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 93,0 faizini hüquqi şəxslərin, 7,0 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,6 faizini qeyri-ərzaq malları təşkil edib.

2015-ci ilin yanvar-iyul aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz artaraq 561,7 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 240,4 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 321,3 milyon manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm