Bir ildə ÜDM 5,6 faiz artıb
Bizi izləyin

Ekopublika.az

Bir ildə ÜDM 5,6 faiz artıb

Yanvar-iyul aylarında ölkə iqtisadiyyatında istehsal edilən ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 32,1 milyard manata catıb.

Publika.az statistik rəqəmlərə istinadən bildirir ki, bu dövr ərzində iqtisadiyyatın qeyri-neft sahələrində ÜDM 9,0 faiz, neft-qaz hasilatı və emalı sektorunda isə 1,0 faiz artıb, qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 57,5 faizdən 68,0 faizə yüksəlib.

ÜDM-in 35,0 faizi sənayenin, 13,6 faizi tikintinin, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,3 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm