Ölkə iqtisadiyyatına sərmayə qoyuluşu artıb
Bizi izləyin

Ekopublika.az

Ölkə iqtisadiyyatına sərmayə qoyuluşu artıb

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu ötən ilin müvafiq dövrünə nəzərən 3.7% artaraq 7.9 mlrd. manat olub.

Publika.az xəbər verir ki, yanvar-iyun aylarında neft sektoruna 3.4 mlrd. manat, qeyri-neft sektoruna 4.5 mlrd. manat həcmində investisiya yönəldilib. İnvestisiyaların həcmi ötən ilin müvafiq dövrünə nəzərən sənayedə 15.3%, nəqliyyat və anbar təsərrüfatında 92.8%, informasiya və rabitə sektorunda 2.5 dəfə, daşınmaz əmlakla əlaqədar əməliyyatlar üzrə 25.7%, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 8.1 dəfə, maliyyə və sığorta sektorunda 44.1% artıb.

Qeyri-neft sənayesinin inkişafı üçün ümumi qeyri-neft investisiyalarının 7.1%-i istifadə edilib. Dövr ərzində ümumi sahəsi 870.4 min kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilib. Bu da ötən ilin müvafiq dövrünə nəzərən 5.5% çoxdur. Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də əsas kapitala yönəldilən sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri üstünlük təşkil edib. Əsas kapitala yönəldilən vəsaitin 59.4%-i (4.7 mlrd. manat) daxili mənbələr, 40.6%-i (3.2 mlrd. manat) isə xarici mənbələr hesabına formalaşıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm