Həyat sığortası bazarında yığım 16,0%, ödəniş isə 6,5 dəfə artıb
Bizi izləyin

Ekopublika.az

Həyat sığortası bazarında yığım 16,0%, ödəniş isə 6,5 dəfə artıb

Yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26%-i və yaxud 73,7 milyon manatı həyat sığortasının payına düşüb.

Publika.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumat verir ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 16% böyüyüb.

Həyat sığortasındakı yığımların 57%-i və ya 42 milyon manatı həyatın yaşam sığortasının, 31,2%-i və ya 23 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 10%-i və ya 7,4 milyon manatı həyatın ölüm halından sığortasının, 1,2%-i və ya 916 min manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,6%-i və ya 376 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

7 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 31,4 milyon manat təşkil edib. Bu isə ümumi ödənişlərin 30%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 6,5 dəfə çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 90,4%-i və ya 28,4 milyon manatı həyatın yaşam sığortasının, 4,75%-i və ya 1,5 milyon manatı həyatın ölüm halından sığortasının, yenə də 4,75%-i və ya 1,5 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, cəmi 0,1%-i və ya 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 42,6 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu rəqəm 7,6 manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm