Orta illik inflyasiya 3.5% təşkil edib
Bizi izləyin

Ekopublika.az

Orta illik inflyasiya 3.5% təşkil edib

Bu ilin birinci yarısında orta illik inflyasiya 3.5% təşkil edib.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, istehlak qiymətləri indeksinin komponentləri olan ərzaq qiymətləri orta illik 5.5%, qeyri-ərzaq qiymətləri 2.8%, xidmətlərin dəyəri isə 1.3% dəyişib. Hesabat dövründə çörək məmulatları və yarmalar 9.5%, yağ və piylər 11.8%, meyvələr 10.5%, qəhvə, çay və kakao isə 9.4% bahalaşıb. Tərəvəz məhsullarının qiymətləri isə aşağı düşüb. Qiymətləri dövlət tərəfindən tənzimlənən və mövsümi dəyişkənliyə malik olan məhsulların qiymət dəyişməsindən təmizlənərək hesablanan orta illik baza inflyasiya 3.8% təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm