Tikintidə işləyənlərin maaşı artıb
Bizi izləyin

Ekopublika.az

Tikintidə işləyənlərin maaşı artıb

Tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin həcmi 3579,5 milyon manat təşkil edib.

Publika.az xəbər verir ki, ondan 65,5 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 17,3 faizi əsaslı təmir, 5,0 faizi cari təmir, 12,2 faizi isə sair tikinti işlərinə sərf edilib. Ümumi inşaat işlərinin 83,8 faizini qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirib.

Qeyd edək ki, 2015-ci ilin yanvar-iyun aylarında inşaat bölməsində çalışan işçilərin orta siyahı sayı 92,4 min nəfər olub. Onların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,1 faiz artaraq 666,4 manat təşkil edib. İxtisaslaşdırılmış tikinti işlərində işləyən işçilərin əmək haqları 33,5 faiz, mülki təyinatlı inşaat işlərində 1,0 faiz artıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm