Ölkədə 29 min işsiz var
Bizi izləyin

Ekopublika.az

Ölkədə 29 min işsiz var

Avqustun 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 4876,6 min nəfər olub. Onlardan 4640,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Publika.az xəbər verir ki, cari il iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1505,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 874,4 min nəfər, qeyri-dövlət bölməsində isə 631,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 35,2 min nəfər,qeyri-neft sektorunda isə 1470,7 min nəfər çalışıb. 2015-ci ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq iş saatının miqdarı 151 saat olub.

Avqust ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,0 min nəfər olub ki, onların da 38,8 faizini qadınlardır. İşsizliyə görə müavinətin orta məbləği 244,2 manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm