• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Magistral kəmərlərin iş gücü açıqlandı

Magistral kəmərlərin iş gücü açıqlandı

Son 7 ayda magistral neft kəmərləri ilə 27,5 milyon ton neft nəql edilib.

Publika.az xəbər verir ki, nəqletmənin 75,9 faizi Bakı-Tbilisi-Ceyhan neft-ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 20,8 milyon ton neft ötürülüb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 3,7 milyon ton tranzit Türkmənistan nefti nəql edilib. Magistral qaz kəmərləri ilə 13 milyard kubmetr qaz nəql olunub. Qaz nəqlinin 32,5 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilərək 4,2 milyard kubmetr qaz ötürülüb.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR