• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Banklardan kredit götürmək çətinləşdi

Banklardan kredit götürmək çətinləşdi

“Mərkəzi Bankın İdarə Heyətinin 13 avqust 2015-ci il tarixli iclasında qəbul edilmiş “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” istehlakçıların aylıq borc yükünün onların gəlirlərinə uyğunluğunun müəyyənləşdirilməsini nəzərdə tutur”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib. O bildirib ki, əvvəllər kredit götürmək istəyən müştərindən ancaq maliyyə vəziyyətini təsdiq edən sənəd tələb olunurdu və kreditin məbləği barədə bank müstəqil qərar verirdi: “Ancaq indi ayrılacaq kreditin məbləği müştərinin gəlirlərindən birbaşa asılı olacaq və bank onu istədiyi qədər artıra bilməyək. Belə ki, kredit 2 mərhələdə qiymətləndiriləcək. Əvvəlcə istehlakçının ödəmə qabiliyyəti, sonra isə kredit məhsulunun təyinatına uyğunluğu yoxlanacaq. Ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı BYG əmsalından (aylıq borc yükünün gəlirə nisbəti) istifadə olunacaq. Bu əmsal hesablanarkən hər ay ödənilən və ödəməyə hazırlaşdığınız borc yükü toplanaraq aylıq gəlirinizə bölünəcək. Məsələn, fərz edək ki, aylıq qazancınız 400 manatdır. Hazırda hansısa banka hər ay 100 manat kredit ödəyirsiniz. Yeni kredit xətti açmaq istəyirsiniz və banka müraciət etmisiniz. İstədiyiniz məbləğin aylıq ödənişi isə təxminən 120 manat edir. Bu halda BYG əmsalı 100 AZN +120 AZN)/400 AZN x100% = 55% olacaq. Belə vəziyyətdə sizə istədiyiniz məbləğ verilməyəcək. Sizin kredit ala bilməniz üçün BYG əmsalı 50%-dən aşağı olmalıdır. Yəni bu əmsal nə qədər aşağı olsa bir o qədər şansınız artacaq. Deməli, indiki gəlirlərinizin aylıq ödənişin ən çoxu 100 AZN olan həcmdə (bu halda BYG 50% olur) kredit götürə bilərsiniz. Bu əmsal bütün dünyada PTİ (payment –to-income) əmsalı adı ilə tanınır”.

Ekspert deyir ki, qaydada diqqəti çəkən məqamlardan biri də BYG müəyyənləşdirilərkən kredit xətləri və kredit müqaviləsində aylıq ödənişi nəzərdə tutulmayan kreditlər üçün annuitet qaydasında aylıq ödənişin hesablanmasıdır: “Belə çıxır ki, kredit kart sahibi kredit üçün banka müraciət edəndə BHG hesablananda kredit kartındakı məbləğ nəzərə alınacaq. Yeni mexanizm kredit bazarına, bankların fəaliyyətinə, istehlakçıların kreditə əlçatanlığına təsir göstərək. Əsas zərbə istehlak kreditləşməsi bazarına dəyəcək. Qərar əslində Mərkəzi Bankın hazırda 38% paya malik olan istehlak kreditlərini məhdudlaşdırmaq planının tərkib hissəsidir. Bu, ilk addım deyil. Buna qədər bir sıra addımlar atılıb - pərakəndə ticarət obyektlərindən kredit verilişi yığışdırılıb, arayış olmadan kredit verilməsi qadağan edilib və s. İstehlak kreditlərinin həcminin getdikcə azalmasını müşahidə edəcəyik”.

Mütəxəssis yeni qaydaların əhaliyə, banklara təsirlərini də xırdalayıb: “Əvvəla əhalinin istehlak kreditlərinə əlçatanlığı azalacaq. Müştərinin bir neçə bankın müştərisi olmaq imkanı məhdudlaşacaq. Vətəndaş artıq kredit bataqlığına düşməyəcək. Banklara təsirinə gəlincə, istehlak kreditləşməsi üzrə ixtisaslaşan bankların fəaliyyəti məhdudlaşacaq, gəlirləri kəskin azalacaq.Banklar istehlak kreditləşməsi bazarını tərk edərək real sektoru maliyyələşdirməyə sövq ediləcək. İstehlak kreditləri “mikrokreditləşəcək”, yəni mikrokredit adı altında istehlak kreditləşməsi aparılacaq. Son zamanlar məhdudlaşan müştəri kontingenti daha da məhdudlaşacaq”.

S.Əliyev deyir ki, Mərkəzi Bankın son addımları strateji baxımdan bank sektorunun dayanıqlığının artırılmasına yönəlsə də, indiki dövrdə banklar üçün başağrısı yaradacaq: “Kiçik və istehlak kreditləşməsi üzrə ixtisaslaşan bankların faiz gəlirləri azalacaq. Müştəri, xüsusilə də yüksək gəliri olan və bu gəliri rəsmi sübut edə bilən şəxslər uğrunda sərt rəqabət aparılacaq. Bütün bunların fonunda rəsmən elan edildiyi kimi kredit faizlərinin azalması baş verməyəcək. Bazar hələ də Mərkəzi Bankın tətbiq etdiyi faiz tavanına (29%-lik) tam adaptasiya oluna bilməyib. Üstəgəl kredit məbləğinin azalması banklara faizləri azaltmağa imkan verməyəcək. Bu qərarın əsas üstünlüyü gələcəkdə problemli kreditlərin yaranması ehtimalını azalacaq. Ancaq nəzərə almaq lazımdır ki, problemli kreditlərdə əsas üstünlüyü biznes kreditləri təşkil edir və bu kredit məhsulu yeni qaydanın hüquqi təsirinə düşmür.

Məlumat üçün bildirək ki, 2015-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri 6,4 faiz artaraq 23,6 milyard manata catıb. Gəlirlərin 74,1 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və konullu uzvluk haqlarının odənilməsinə, 14,0 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,6 faizi kreditlər uzrə faizlərin odənilməsinə sərf edilib. Əhalinin banklara borcuna gəldikdə, iyul ayının 1-nə kimi olkənin maliyyə-kredit təskilatları huquqi və fiziki səxslərə 20,3 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar. Verilmis kreditlərin həcmi 2014-cu il iyul ayının 1-i ilə muqayisədə 21,1 faiz artıb. Onun 78,1 faizi və ya 15,8 milyard manatı uzunmuddətli olub. Kreditlərin 1,3 milyard manatının, yaxud 6,6 faizinin odəmə vaxtı keçib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR