Büdcədən 8,6 milyard manat xərclənib
Bizi izləyin

Ekopublika.az

Büdcədən 8,6 milyard manat xərclənib

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 7,8 milyard manat daxil olub. Büdcədən müxtəlif sosial-iqtisadi tədbirlərin maliyyələşdirilməsinə 8,6 milyard manat xərclənib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, büdcənin icrasında yaranan 770,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,9 faizini təşkil edib. Daxilolmaların 19,2 faizi əlavə dəyər vergisi, 13,6 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,6 faizi fiziki şəxslərın gəlir vergisi, 4,0 faizi aksizlər, 4,0 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,5 faizi digər vergilər, 49,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 4,0 milyard manatı (46,9 faizi) iqtisadiyyatın inkişaf etdirilməsinə, 962,5 milyon manatı (11,2 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 653,1 milyon manatı (7,6 faizi) təhsilin, 292,3 milyon manatı (3,4 faizi) isə səhiyyənin maliyyələşdirilməsinə xərclənib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm