Bir adam ərzaqa ayda nə qədər vəsait xərcləyir?
Bizi izləyin

Ekopublika.az

Bir adam ərzaqa ayda nə qədər vəsait xərcləyir?

2015-ci ilin yanvar-iyul aylarında pərakəndə əmtəə dövriyyəsinin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artaraq 14,0 milyard manat olub.

Publika.az xəbər verir ki, istehlak mallarının 99,8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 11,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,7 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 35,8 faizi isə əmtəə bazarlarında satılıb. Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2014-cü ilin yanvar-iyul aylarının səviyyəsini 12,5 faiz üstələyib. Bu bölmə üzrə real artımın 64,4 faizi fərdi sahibkarların ticarət fəaliyyəti sayəsində yaranıb. 2015-ci ilin yeddi ayında hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 104,4 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 105,8 manatlıq qeyri-ərzaq malları alıb.

2014-cü ilin müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 16,6 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 13,4 manata bərabər olub. Pərakəndə ticarət dövriyyəsinin artımı ölkənin bütün regionlarında müşahidə edilib. Belə ki, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi Bakı şəhəri üzrə 18,3 faiz, Abşeron iqtisadi rayonu üzrə 11,5 faiz, Aran iqtisadi rayonu üzrə 9,3 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 7,7 faiz, Lənkəran iqtisadi rayonu üzrə 7,2 faiz, Naxçıvan iqtisadi rayonu üzrə 6,8 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 6,7 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 5,8 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 5,4 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 3,7 faiz artıb. Bakı, Sumqayıt, Şirvan şəhərləri, Siyəzən, Bərdə, Salyan rayonları üzrə pərakəndə ticarət dövriyyəsinin artım sürəti ölkə üzrə orta artım sürətindən (13,4 faiz) yüksək olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm