İpoteka krediti alanlar arasında hərbçilər üstünlük təşkil edir
Bizi izləyin

Ekopublika.az

İpoteka krediti alanlar arasında hərbçilər üstünlük təşkil edir

Bu ilin ikinci rübünə 17079 ədəd ipoteka krediti verilib. Onun 3905 ədədi güzəştli oub.

Publika.az İpoteka Fonduna istinadən xəbər verir ki, Müvəkkil Kredit Təşkilatları arasında “AG Bank” daha çox kredit verib. İkinci sırada “Bank Standart” və “Xalq Bank” gəlir. Güzəştli ipoteka kreditləri üçün 146 milyon manat, adi ipoteka üçün isə 447 milyon manat ayrılıb. Bu da onu göstərir ki, cari ildə ipoteka kreditləşməsi zəifləyib. İpotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 239,91 mln. manat cəlb edilib. Qiymətli kağızların yerləşdirilməsi yolu ilə ipoteka kreditlərinin dövriyyəsi 361mln. manat olub. Borcalanlarının aylıq gəlirlərinə görə pay bölgüsündə 1100 manat maaş alanlar üstünlük təşkil edib. İpoteka krediti alanların 57 faizi özəl sektorda, 43 faizi dövlət sektorunda işləyib.

Evlilər yenə də üstünlük təşkil ediblər. Güzəştli kateqoriyaya aid borcalanların pay bölgüsündə hərbi qulluqçular daha çox olub.

Borcalanların iş yerinə görə pay bölgüsündə 29,6 faiz müəssisə və firmalarda, 23,8 faiz bank maliyyə sektorunda, 32,8 faiz xidmət sektorunda işləyənlər olub. İpoteka kreditlərinin 92,6 faizi çoxmənzilli binada mənzillərin alınmasına yönəldilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm