Neft ucuzlaşdı, qızıl bahalaşdı
Bizi izləyin

Ekopublika.az

Neft ucuzlaşdı, qızıl bahalaşdı

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Publika.az xəbər verir ki, WTI markalı xam neftin bir barelinin qiyməti 0,52 dollar və ya 1,28% bahalaşaraq 41,32 dollar təşkil edib.

"Brent" markalı neftin qiymətində isə ucuzlaşma müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,15% yaxud 0,54 dollar azalaraq 46,62 dollar/barel olub.

Neftdən fərqli olaraq qızıl bahalaşıb. Belə ki, bu gün səhər COMEX-də qızılın bir unsiyasının qiyməti 24,7 dollar yaxud 2,17% bahalaşaraq 1 162,60 dollar təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm