• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

2020-ci ilədək Azərbaycan ÜDM-də İKT sektorunun payı 9 faizə çatacaq

2020-ci ilədək Azərbaycan ÜDM-də İKT sektorunun payı 9 faizə çatacaq

2020-ci ilədək Azərbaycan ÜDM-də İKT sektorunun payı 9 faizə çatacaq.

Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun direktor müavini Azər Bayramov Bakıda keçirilən "2020-ci il və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi" investisiya sammitində deyib.

Onun sözlərinə görə, 2013-cü ilin yekunlarına əsasən, İKT sektoru üzrə gəlirlər 1 milyard manatı ötüb: "İKT sektorunun inkişafı bu sahəni iqtisadiyyatın lokomotivinə çevirəcək ki, bu da respublika rəhbərliyinin qarşıya qoyduğu vacib və prioritet tapşırıqdır. Azərbaycan iqtisadiyyatı həmişə qeyri-neft sektorundan asılı ola bilməz. Hazırda respublikada sektorun inkişafına yönəldilmiş qlobal miqyaslı bir sıra layihələr həyata keçirilir və tətbiq olunma mərhələsindədir".

A.Bayramov qeyd edib ki, Azərbaycan ilk telekommunikasiya peykini orbitə uğurla buraxdı: "Bu, Azərbaycanda "İKT ili"nin elan edildiyi 2013-cü ilin əhəmiyyətli hadisəsi oldu. Azərbaycan gələcəkdə orbitə daha iki peyk buraxmağı planlaşdırır".

O, perspektivli layihələr sırasında bu il genişzolaqlı internetin inkişafı layihəsinin həyata keçirilməsinə başlanılmasını qeyd edib. Layihə 2014-2016-ci illərə hesablanıb və respublikada internetə çıxışın səviyyəsini indiki 70 faizdən 85 faizə çatdırmağı nəzərdə tutur. /Trend/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR