Hansı ölkənin valyutası nə qədər ucuzlaşıb?
Bizi izləyin

Ekopublika.az

Hansı ölkənin valyutası nə qədər ucuzlaşıb?

Çin iqtisadiyyatının artım tempinin düşməsi, yuanın devalvasiyası, eləcə də neftin ucuzlaşması düya ölkələrinin valyuta bazarına mənfi təsir edib. Valyutalar dollar qarşısında dəyərdən düşməyə başlayıb.

Qırğızıstan valyutası dollar qarşısında respublikanın tarixində ən minimum səviyyəyə enib. Ölkənin Mərkəzi Bankının məlumatına görə, dollar 62,145 soma təşkil edir.

Bişkekdə dollar 64 somadan alınıb, 65 somaya satılır. Bununla belə Mərkəzi Bank əhalini panikaya düşməməyə çağırıb. Bildirib ki, gələcək günlərdə birja sabitləşək dollar somaya qarşı zəifləyəcək. Qırğısıztan valyutasının ucuzlaşmasına səbəb kimi isə Qazaxıstanın pul siyasətini dəyişməsi, "üzən məzənnə"yə keçməsi göstərilir. Əsaslandırmalara görə, somanın məzənnəsinə tenqenin bir gündə 35 faiz dəyər itkisi təsir edib. Amma Qırğızıstan Mərkəzi Bankı əhalini əmin edib ki, vəziyyət nəzarətdə saxlanılır. Banklarda dollar qıtlığı yoxdur.

Xatırladaq ki, Qırğızıstanda dolların bu tempdə bahalaşması sonuncu dəfə ötən ilin martında baş verib. Həmin vaxt valyuta dəyişmə məntəqələrində 1 dollar 64 soma idi.

Dünən 3 dollara yaxınlaşan lirə bu günün ilk dəqiqələrində 1 dollar 2.93 lirədən satılıb. Türkiyə Mərkəzi Bankından bildirilir ki, Türkiyə lirəsinin məzənnəsindəki dəyişiklik beynəlxalq valyuta birjalarındakı qeyri-sabit vəziyyətlə bağlıdır.

Rus rubluna gəlincə, Moskva birjasında bir dollar 68 rubla yüksəlib. Avronun kursu isə 76 rubl təşkil edir. Rus rublunun neftin qiymətinin 47 dollara düşməsi səbəbindən ucuzlaşdığı irəli sürülür.

“Üzən məzənnə”yə keçidin ikinci günündə Qazaxıstanda dollar tenqeyə qarşı zəifləyərək 252,47 tenqe olub. Yəni qazaxlar tenqenin ayağını başını yığa biliblər.

Gürcü larisi isə dəyərdən düşüb. Birjalarda dollar 2,3271 lari təşkil edir. Bu arada Gürcüstanda kommersiya bankları vasitəsilə xaricdən pul köçürmələri də azalıb. Bu ilin 7 ayında həmin rəqəm 632 milyon dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz azalma deməkdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm