Ölkədə dollara tələbat artıb
Bizi izləyin

Ekopublika.az

Ölkədə dollara tələbat artıb

“Qazaxıstanın üzən valyuta rejiminə keçidi, Rusiyada rublunun ciddi məzənnə itkisi, Türkiyədə lirənin “qara günləri”, eləcə də Gürcüstanda larinin ucuzlaşması Azərbaycanda dollara tələbi artırıb”.

Bunu Publika.az-a açıqlamasında Vüqar Bayramov deyib. O bildirib ki, monitorinqlər son 2 gündə xarici valyutalara tələbin yüksəldiyini göstərir. Mərkəzi Bankın dolların manata rəsmi məzənnəsini son 3 gündə aşağı salmasına baxmayaraq, valyuta dəyişmə məntəqələrində dollar məhdudlaşdırılmış ən yüksək kurs ilə təklif edilir: “Belə ki, avqustun 19-da manatın dollara məzənnəsi 1.049 olsa da, sonrakı 2 gündə uyğun olaraq 1.0486 və 1.0479 olub. Bu isə o deməkdir ki, avronun dünya bazarında möhkəmlənməsinə uyğun olaraq rəsmi kursda manat da dolları sıxışdırıb. Amma qonşu ölkələrdə milli valyutaların vəziyyəti rəsmi məzənnənin real valyuta dəyişmə məntəqələrində hiss edilməsinə imkan vermir. Manatın yenidən dəyər itirə biləcəyindən ehtiyatlanan vətəndaşlarımızın bir qismi yenidən xarici valyutaya üz tuturlar”.

İqtisadçı deyir ki, Mərkəzi Bank dollara tələbi azatlmaq üçün banklardakı manat əmanətlərinin indeksasiyasını həyata keçirməlidir: “Hələ bu ilin fevralın 9-unda Mərkəzi Banka əmanətlərin indeksasiyasını təklif etmişdim. Amma indeksasiya sisteminin tətbiq edilməməsi ötən müddətdə dollara tələbi artırmaqla manat əmanətlərin mərhələli həcminin azalmasına səbəb oldu. Buna görə də, Mərkəzi Bank mövcüd resurslardan və vasitələrdən istifadə etməklə dollara tələbi azaltmağa çalışmalıdır. Çünki dollara yüksələn tələb Mərkəzi Bankın intervensiya xərclərini artırmaqla xarici valyuta rezervlərinin həcminə də təsir göstərə bilər. Bu isə, Mərkəzi Bankın valyuta bazarında tələbi qarşılama imkanlarını xeyli azaltmış olar. Hər zaman təklif etdiyim kimi, vətəndaşlarımız öz pullarını valyuta səbəti formasında saxlamaqla bütün potensial risklərdən sığortalanmış ola bilərlər”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm