Avronun bahalaşması nə vəd edir?
Bizi izləyin

Ekopublika.az

Avronun bahalaşması nə vəd edir?

Son bir ayda avronun dollara nisbətən məzənnəsində kəskin artımlar müşahidə edilir. Bu da avro ilə yığımların artmasını şərtləndirib.

İqtisadçı-ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasında hələ avqustun əvvəlində avronun məzənnəsinin yüksələcəyi ilə bağlı proqnoz verdiyini xatırlatdı: “O zaman əhaliyə qısa müddətli dollar aktivlərini Avropa puluna çevirməyi təklif etmişdim. Həmin müddətdən sonran avro dollara nisbətən 7 faizə yaxın bahalaşıb. Əldə etdiyimiz məlumatlara əsasən bir sıra şirkətlər və iş adamları qısa müddətli dollar və manat aktivlərini avroya çevirib. İindi də onu sataraq ciddi gəlir əldə edə biliblər. Qeyd edək ki, hər milyon dollarlıq vəsait qısa zamanda 70 min dollar gəlir gətirib”.

V.Bayramov deyir ki, dünya valyuta bazarında avronun hətta qısa müddətli dövrdə olsa da, belə güclənəcəyi gözlənilirdi: “Çin yuanının məzənnə itirməsi beynəlxalq maliyyədə “İki Ölkə” modelinə uyğun olaraq ABŞ da öz məzənnə siyasətinə dəyişiklik edəcəyini qaçılmaz etmişdi. ABŞ öz valyutasını yumşaltmaqla Çinin qlobal bazarda genişlənməsinin qarşısını aldı. Çünki yuanın dəyərsizləşməsi fonunda sabit dollar Birləşmiş Ştatlar üçün daha ucuz Çin malları demək idi. ABŞ isə Çinin qlobal iqtisadi genişlənməsində heç də maraqlı görünmür. Eyni zamanda, son dövrədək dəyər itirən avronun son həftələrdəki bahalaşması köhnə qitənin ixrac qabiliyyətinə mənfi təsir göstərmir. Arvonun möhkəmlənməsi eləcə də Avrozonanın aparıcı dördlüyündə vəziyyətin stabilləşməsi ilə bağlıdır”.

İqtisadçının sözlərinə görə, ABŞ səhm bazarı avqustun son iş həftəsinə ciddi tənnəzzül ilə başlayıb. Bu isə qlobal iqtisadiyyat üçün heç də yaxşı mesaj sayılmır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm