Devalvasiya çinli milyarderləri müflis etdi – SİYAHI
Bizi izləyin

Ekopublika.az

Devalvasiya çinli milyarderləri müflis etdi – SİYAHI

Çinin fond birjasında baş verənlər yerli milyarderlərin kapitalına təsir edib. 12 iyunda fond birjalarında baş verən qasırğa nəticəsində çinli milyarderlər ümumilikdə 195 milyard dollar itiriblər.

Publika.az xəbər verir ki, 34,9 milyard dollar sərvətə sahib “Dalian Wanda Group” un sahibi Van Szyanlin iyulun 9-da nə az, nə çox 6,5 milyard dollar itirib. Onu da qeyd edək ki, fevral iyun aylarında birjalardakı bum sayəsində Van 10 milyard dollar qazanıb. 60 yaşlı maqnat 1980-ci ildən bizneslə məşğul olur. Bundan əvvəl o hərbidə qulluq edib və bir müddət məmur işləyib.

Siyahının ikincisi “Alibaba” biznes imperiyasının sahibi Cek Madır. 21,7 milyard dollar sərvətə sahib C.Ma 3,7 milyard dollar itirib. Milyarder şirkətinin katirovkalarının Nyu York birjasında ucuzlaşmasından itirib.

Digər iş adamı Li Xenszyuna isə birjadakı böhran təsir etməyib. Nə holdinqinin -“Hanergy Holdings”in hissələri ucuzlaşıb, nə də sərvətindən bir qəpik azalıb. Hazırda milyarderin sərvətinin həcmi 19 milyard dollardır.

“Tencent” şirkətinin sahibi Poni Ma kotirovkaların düşməsi nəticəsində 1,2 milyard dollar itirib. 18 milyard dollar sahib olan Poni Manın şirkətinin 440 milyon müştərisi var.

13,6 milyard dollar sərvəti olan Robin Li 1,4 milyard dollar, 13,4 milyard sərvəti olan Ley Szyun 200 milyon dollar, 10,8 milyard dollar sərvəti olan Szun Sunxou 12 milyard dollar, 11 milyard sərvəti olan Xe Syanszyan 900 milyon itirib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm