İnkişaf etməkdə olan ölkələr təcili dövlət xərclərini artırmalıdırlar
Bizi izləyin

Ekopublika.az

İnkişaf etməkdə olan ölkələr təcili dövlət xərclərini artırmalıdırlar

İnkişaf etməkdə olan ölkələr təcili dövlət xərclərini artırmaq barədə düşünməlidirlər. Əks təqdirdə bazarlardakı gediş tənəzzülə səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetində dərc olunan “Dünya inkişaf edən ölkələrdəki tənəzzüldən qorxmalıdır” başlıqlı məqalədə qeyd edilib. Məqalədə inkişaf edən ölkələrdən kapital (pul) çıxışının hazırkı vəziyyəti qiymətləndirilib. Mətbu orqan qeyd edib ki, bu ölkələr təcili struktur islahatları həyata keçirməli, dövlət xərclərini artıraraq iqtisadi artımı dəstəkləməlidirlər. O da vurğulanıb ki, bu ana qədər yalnız Meksika və Hindistanda siyasi hakimiyyətlər islahatlara ciddi şəkildə üstünlük verib.

Yazıda Dünya Bankı, Afrika İnkişaf Bankı və Asiya İnfrastruktur Sərmayələri Bankı kimi qurumlar tərəfindən inkişaf edən ölkələrdəki layihələrə maliyyə proqramlarını artırmalarının zəruriliyi də qeyd olunub. Tədbirlərin görülməməsi vəziyyətində bazarlardakı pis gedişin süquta doğru gedəcəyi bildirilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm