SOCAR-ın idarə və müəssisələri üçün ekoloji normativ sənədlər hazırlanır
Bizi izləyin

Ekopublika.az

SOCAR-ın idarə və müəssisələri üçün ekoloji normativ sənədlər hazırlanır

SOCAR-ın Ekologiya İdarəsində fəaliyyət göstərən “Ekoloji normativ sənədlərin hazırlanması” qrupu tərəfindən 2015-ci ilin səkkiz ayı ərzində şirkətin istehsalat birlikləri və müxtəlif təyinatlı müəssisələri üçün 18 ekoloji normativ sənəd hazırlanıb.

Dövlət Neft Şirkətindən Publika.az-a verilən məlumata görə, hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan və axıdılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanan “Metodiki göstərişlər” və “ГОСТ 17.00.04 90” normativ sənədlərinin tələblərinə uyğun tərtib edilən ekoloji normativ sənədlər razılaşdırmaq üçün Dövlət ekspertiza İdarəsinə verilib. Hazırda ekoloji normativ sənədlərin və “Su təsərrüfatı pasportunun” hazırlanması işləri davam etdirilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm