Rusiya Qərb firmalarının təmizlik məhsullarını qadağan etdi
Bizi izləyin

Ekopublika.az

Rusiya Qərb firmalarının təmizlik məhsullarını qadağan etdi

Qərb ölkələrinin iqtisadi sanksiyaları ilə mübarizə aparan Rusiya embarqo siyahısına əlavələr edib.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, bu dəfə növbə təmilik məhsullarına çatıb. Rusiya Federal İstehlakçı Hüquqularının Müdafiə Xidməti rəsmi saytında yerləşdirdiyi elanda marketlərdə satılan bir çox təmizlik məhsulunun satışdan çıxarılmasına dair göstəriş verib. Məşhur gündəlik təmizlik məhsullarının, yuyucu tozların əksəriyyətinin standartlara uyğun olmadığını əsas gətirib. Məhsulları qadağan edilən firmalar arasında Colgate-Palmolive, Henkel Russia, Procter & Gamble, Werner & Mertz GmbH, Luxus Professional və The Clorox Company kimi böyük şirkətlər də var.

Bu şirkətlərin məhsullarının toksikoloji təhlükəsizlik məlumatlarında boşluqlar müəyyən olunduğu bildirilir. Mütəxəssislər önümüzdəki günlərdə qadağan edilən məhsulların siyahısına yenilərin əlavə olunacağını istisna etmirlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm