Kirayə evlərin qiyməti düşüb – CƏDVƏL
Bizi izləyin

Ekopublika.az

Kirayə evlərin qiyməti düşüb – CƏDVƏL

Bu ilin iyul ayı ərzində kirayə yaşayış mənzil bazarı üzrə bağlanan əqdlərin dinamikasında ötən ayla müqayisədə artım qеydə alınıb. Artım 33.7% faiz təşkil edib.

Bunu Publika.az-a açıqlamasında "MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirib. O deyib ki, ay ərzində ümumi təklif portfelində kirayə mənzillərin payı ötən aya nisbətən artıb, 13.7% təşkil edib. Ekspert kirayə bazarında aktivliyin artmasını təhsil ocaqlarındakı tətilin sona yaxınlaşması ilə əlaqələndirib: “Bazarda təklifin artmasına baxmayaraq, qiymətdə ümumi şəhər üzrə azalma qeydə alınıb. Dollarla ifadədə qiymət 634 dollardan -2.0% azalaraq 621 dollara düşüb. Bazarda əməliyyatların sayı isə 95-dən 33.7% artaraq 127 ədəd təşkil edib. Hər kv.m-ə görə isə kirayə haqqı -7.4% azalaraq 9.06 $/kv.m-dən 8.39 $/kv.m-ə düşüb. İyul ayında aktivlik əmsalına görə ən cəlbеdici zona ötən ay olduğu kimi II zona olub. Bu zonanın ən vacib cəhəti mənzillərin əksəriyyətinin orta qiymətə olması və iş yerlərinin əksəriyyətinin bu zonada yerləşməsidir. Bu zonada olan kirayə mənzillər ümumi portfelin 66.4%-nə malikdir”.

İqtisadçı deyir ki, təklif portfelinin strukturunda uyğun dəyişiklik otaq sayında da müşahidə edilib. Otaqlar üzrə 2 və 3 otaqlı mənzillərin sayında artım qеydə alınıb: “Təklif üzrə ən çoх artım 2 otaqlılarda qеydə alınıb (14.6%). 1 və çoxotaqlı mənzillərin təklif üzrə payında isə nisbətən azalma müşahidə olunub”.

Məlum olub ki, son ayda tələb portfelində ucuz evlərin (aylıq kirayə haqqı 500 AZN-ə qədər) payı 55.8% , orta qiymətə olan (500 AZN-1000 AZN aralığında) kirayə evlərin payı isə 36.2% təşkil edib: “Bahalı evlərin (aylıq kirayə haqqı 1000 AZN-dən yuxarı olan) payı isə ümumi portfelin 8.0%-ni təşkil edib. Ay ərzində xüsusən də təklif portfelində daha çox ucuz qiymətə olan evlərin payının artması həmin seqmentə tələbin artması ilə bağlı olub. Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (621 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni 70.0%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.11, orta sahə isə 68.86 kv.m təşkil еdib”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm