Dollar sabit qaldı, avro bahalaşdı
Bizi izləyin

Ekopublika.az

Dollar sabit qaldı, avro bahalaşdı

Bu gün Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə dəyişməyib.

Publika.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən gün olduğu kimi 1,0479 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0004 manat və ya 0,03% artaraq 1,1813 manat olub.

Manata nəzərən Rusiya rublu 0,0005 manat və ya 3,09% azalaraq 0,0157 manat olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm