• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Aeroflot” “Transaero”nu alır

“Aeroflot” “Transaero”nu alır

Hissələrinin 51 faizi dövlətə aid Rusiyanın hava yolu şirkəti “Aeroflot” rəqibi “Transaero”nun səhmlərinin 75 faizini alacağını açıqlayıb.

Publika.az xəbər verir ki, “Aeroflot”un bu qərarının Rusiya hökumətinin hava yolu nəqliyyatını dəstəkləmə proqramı çərçivəsində verildiyi deyilir. “Transaero” Rusiyadakı iqtisadi böhrana baxmayaraq, digər hava yolu şirkətlərindən fərqli olaraq, bu ilin ilk 7 ayında sərnişinlərin sayını artırıb.

Satınalma xəbərindən sonra Moskva birjasında “Transaero”nun hissələri 40 faiz dəyər qazandığı halda “Aeroflot”un hissələri 5 faiz nisbətində itki ilə üzləşdi.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR