Aydın Əliyev: Yeni ticarət tendensiyaları, yaranmaqda olan təhlükələr gömrük işinin modernləşməsini zəruri edir
Bizi izləyin

Ekopublika.az

Aydın Əliyev: Yeni ticarət tendensiyaları, yaranmaqda olan təhlükələr gömrük işinin modernləşməsini zəruri edir

Yeni ticarət tendensiyaları, ticarətin getdikcə artan həcmi, yaranmaqda olan təhlükələr, yeni təcrübələrin tətbiqi gömrük işinin modernləşməsini zəruri edir.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) PICARD X Beynəlxalq İllik Konfransının (“Gömrük sahəsində akademik tədqiqatlar və inkişaf üzrə tərəfdaşlıq proqramı”) konfransında çıxışı zamanı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

A.Əliyev qeyd edib ki, müasir gömrük xidməti ticarətin və cəmiyyətin tələblərinə cavab verə bilmək üçün daha səmərəli, effektiv xidmət yönümlü və şəffaf olmalıdır: “İnnovasiyaların tətbiqi gömrük idarələri qarşısında duran bir çağırışdır. Bu, əməkdaşlıq şəraitində iş mühiti, yaradıcılıq səyləri və biliklərə əsaslanan idarəetmə tələb edir. Sadəcə yenilik etmək deyil, səmərəli və keyfiyyətli yenilik etmək lazımdır”.

Beynəlxalq ticarətin ötən illər ərzində böyük artımınin bütün dünyada gömrük orqanları qarşısında yeni çağırışlara yol açdığını deyən A.Əliyevin sözlərinə görə, qlobal tədqiqatlar cəmiyyətində informasiya və qabaqcıl təcrübələrin vaxtında mübadiləsinin hazırda necə mühüm olduğu şübhəsizdir: “Effektiv həllərə yol tapan tədqiqat nəticələri barədə qərar qəbul edən şəxslərin məlumatlandırılmasında mühüm rol oynayır. Bu kontekstdə PICARD akademik tədqiqatlar və debatlar vasitəsilə strategiyaları və siyasətləri formalaşdırmaq məqsədilə gömrük sahəsində mühüm qərarlar verən şəxslərə kömək etməyə çalışır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm