Konstitusiya Məhkəməsindən nağdsız ödənişlərlə bağlı QƏRAR
Bizi izləyin

Ekopublika.az

Konstitusiya Məhkəməsindən nağdsız ödənişlərlə bağlı QƏRAR

Konstitusiya Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı qərar qəbul edib.

Publika.az xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsi Vergi Məcəlləsinin həmin maddələrinin Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş vergi hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.4-cü bəndi ilə əlaqəli şəkildə şərh edilməsi üçün məhkəməyə müraciət edib.

Konstitusiya Məhkəməsi müraciətlə bağlı qərar qəbul edib.

Qərarda qeyd olunur ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin “nağdsız qaydada ödəmələr” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyərinin nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməsini nəzərdə tutur.

Vergi Məcəlləsinin 176.4-cü maddəsinin “nağd aparılan əməliyyatlar” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin istər ƏDV-siz dəyərinin, istərsə də ƏDV-nin məbləğinin nağd qaydada ödənildiyi əməliyyatları ehtiva edir. Bu zaman təqdim edilmiş malın, görülmüş işin və ya göstərilmiş xidmətin ƏDV-siz dəyəri və ya ƏDV-nin məbləği nağd qaydada ödənildikdə, aparılan əvəzləşdirmə etibarsız hesab edilir.

Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm