Gələn ilin büdcəsində neftin qiyməti açıqlandı
Bizi izləyin

Ekopublika.az

Gələn ilin büdcəsində neftin qiyməti açıqlandı

2016-cı ilin büdcəsində neftin bareli 50 dollardan götürülüb.

Publika.az Maliyyə Nazirliyinə istinadən bildirir ki, qiymətindəki qeyri-müəyyənliyə görə büdcədə neftin bareli 50 dollardan nəzərə alınıb.

Qeyd edilir ki, Beynəlxalq Valyuta Fondu neftin qiymətinin 2015-ci il üçün 58 dollar, 2016-cı il üzrə 61 dollar olacağını açıqlayıb. Dünya Bankının proqnozlarında isə bu 58,63 dollar səviyyəsindədir.

Büdcədə manatın məzənnəsinə gəlincə, xarici valyutada ifadə olunan büdcə daxilolmalarının və xərclərinin hesablanmaları üçün manatın dollara nəzərən məzənnəsi 1,05 manat müəyyən edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm