2016-cı ilin büdcə xərcləri builkindən 23 faiz az olacaq
Bizi izləyin

Ekopublika.az

2016-cı ilin büdcə xərcləri builkindən 23 faiz az olacaq

2016-cı il üzrə icmal büdcəsinin gəlirləri 16720,1 milyon manat proqnozlaşdırılıb. Bu da cari ildəkindən 3996,7 milyon manat az gəlir deməkdir.

Publika.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, büdcənin xərcləri də azaldılıb. Gələn il xərclər 19906,5 milyon manat olacaq. Bu da cari ildəkindən 23,2 faiz azdır.

Konkret olaraq gələn ilin büdcəsinə Dövlət Neft Fondundan daxilolmalar 42,2 faiz azaldılıb. Bununla belə, 2016-cı ilin büdcəsi sosialyönlü büdcədir. Belə ki, əvvəlki illərdə büdcə investisiya və sosialyönlü idi. 2016-cı ildə cari xərclər büdcənin 62,6 faizini, əsaslı xərclər 29,7 faizini, dövlət borcuna xidmətlə bağlı xərclər isə 7,7 faizini təşkil edəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm