Gələn il xarici borcların qaytarılmasına 1249,7 milyon manat xərclənəcək
Bizi izləyin

Ekopublika.az

Gələn il xarici borcların qaytarılmasına 1249,7 milyon manat xərclənəcək

2015-ci il iyul ayında ölkənin xarici dövlət borcunun ümumi məbləği 6,6 milyard dollar təşkil edib.

Publika.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, xarici dövlət borcu ÜDM-in 12,2 faizini təşkil edib. Adambaşına düşən xarici borc 686,5 dollar olub.

Ölkəyə cəlb edilən kreditlərin 36,2 faizini sabit dərəcə ilə olan kreditlər, 63,8 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. Müqaviləyə uyğun olaraq, 7 faizi 10 ilədək olan müddətdə, 59,7 faizi 10 ildən 20 ilədək olan müddətdə, 33,3 faizi isə 20 ildən yuxarı müddətdə qaytarılmalıdır.

Gələn ilin büdcəsindən borcların qaytarılmasına 1249,7 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2015-ci illə müqayisədə 61 faiz çoxdur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm