Yumurta bahalaşıb
Bizi izləyin

Ekopublika.az

Yumurta bahalaşıb

Avqust ayında heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,5 faiz bahalaşıb.

Statistika Komitəsindən Publika.az-a verilən xəbərə görə, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,9 faiz ucuzlaşıb. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb.

Birillik bitkilərdən buğdanın, lobyanın, qarpız və yemişin, bibərin, xiyarın, badımcanın, kartofun istehsalçı qiymətləri ucuzlaşmış, arpanın, baş sarımsağın, göyərtinin, çuğundurun, pomidorun, baş soğanın, quru otun istehsalçı qiymətləri bahalaşıb. Digərlərinin isə qiymətləri sabit qalıb.

Ay ərzində çoxillik bitkilərdən şaftalının istehsalçı qiyməti bahalaşıb, əncirin, almanın, armudun, gavalının, göyəmin, alçanın, zoğalın, çay yarpağının istehsalçı qiymətləri isə ucuzlaşıb. Digər çoxillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin istehsalçı qiymətləri ucuzlaşıb. Balın, mal və quş ətinin, yumurtanın istehsalçı qiymətləri isə bahalaşıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm