Sığorta haqlarının 62%-i könüllü sığortanın hesabına formalaşıb
Bizi izləyin

Ekopublika.az

Sığorta haqlarının 62%-i könüllü sığortanın hesabına formalaşıb

2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62%-i və ya 194,1 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.

Publika.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrüylə müqayisədə 5,1% çoxdur. İcbarı sığorta növlərində yığım isə 118,8 milyon manat və ya bazarın 38%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 20,4% böyüyüb.

9 ayda ümumi ödənişin 75,3%-i və ya 87,5 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 15% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 28,7 milyon manat və ya ümumi bazarın 24,7%-ni təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 4,4% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 45,1 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 41,2 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,8 manatdan 24,1 manata düşüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm