Büdcənin 10 milyard manatı xərclənib
Bizi izləyin

Ekopublika.az

Büdcənin 10 milyard manatı xərclənib

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 9,4 milyard manat vəsait daxil olub.

Publika.az xəbər verir ki, büdcədən xərclənən vəsaitin həcmi isə 10,0 milyard manat olub. Büdcənin icrasında yaranan 595,7 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,9 faizi səviyyəsində olub. Büdcə xərclərinin 4,4 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 1,2 milyard manatı təhsil və səhiyyə, 1,1 milyard manatı sosial müdafiə və sosial təminat sahələrinin, 3,3 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm