FED-in qərarı daşınmaz əmlak bazarına təsir edəcək
Bizi izləyin

Ekopublika.az

FED-in qərarı daşınmaz əmlak bazarına təsir edəcək

FED-in qərarı müzakirə obyekti olaraq qalır. Əmtəə, valyuta birjasından başqa, daşınmaz əmlak bazarının buna necə reaksiya verəcəyi sual doğurur.

Publika.az-a açıqlama verən Value and Sources konsaltinq şirkətinin eksperti Rəşad Əliyev bildirir ki, FED-in qərarının diqqətlə izlənməsinin əsas səbəbi neftin qiymətinə təsiri ilə bağlıdır: “Guman edilirdi ki, uçot dərəcələrinin artırılması qiymətlərə mənfi təsir edəcək. Bütövlükdə uçot dərəcəsinin qaldırılmasını əksər maliyyə qurumları gözləmirdi, buna görədə dünən qeyri-adi heç bir hadisə baş vermədi. Ancaq faiz dərəcələrinin qaldırılmaması neftin qiymətinə müsbət təsir etməsi də hələ sual altındadır.

Çünki FED tərəfindən faizləri saxlamaq qərarı dünya iqtisadiyyatında, xüsusəndə Çin iqtisadiyyatında mövcud olan risklərlə bağlı narahatçılıqdan irəli gəlir. Bu risklərin gerçəkləşməsinin özü də neftin qiymətinə mənfi təsir göstərən amillərdən biridir. Buna görədə FED-in faiz dərəcələrini qaldırmamasında da mənfi siqnallar mövcuddur. Dünənki qərardan bəri neftin qiymətində hələki ciddi dəyişiklik yoxdur, ancaq avro və yapon yenası dollara nisbətdə möhgəmlənib”.

R.Əliyev deyir ki, neftin qiymətinə təsirdən əlavə, FED-in qərarının ölkəmizin əsas ticarət tərəfdaşlarının milli valyutasına təsiridə narahatçılıq yaradırdı: “Daşınmaz əmlak bazarının FED-in qərarı ilə birbaşa əlaqə ola bilməz. Ancaq dolayı bağlılıq istisna olunmur. Daşınmaz əmlak bazarı hazırda makroiqtisadi amillərin təsiri altındadı. Bu amillər isə hazırda neftin qiymətləri ilə sıx bağlıdır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm