
Bu ilin 7 ayında ev təssərrüfatlarına 7769,9 milyon manat kredit verilib.
Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu da hesabat dövrü üzrə verilmiş kreditlərin 38,5 faizi deməkdir.
O cümlədən daşınmaz əmlakın alınmasına və tikintisinə (ipoteka kreditləri daxil olmaqla ) 1351,5 milyon manat ayrılıb. Bu da kreditlərin 6,7 faizini təşkil edir.
İqtisadiyyat şöbəsi