İçki və siqaret istehsalı azalıb
Bizi izləyin

Ekopublika.az

İçki və siqaret istehsalı azalıb

Əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə qida məhsullarının istehsalında 3,5 faiz artım baş verib. İçki istehsalında 4,8 faiz, tütün məmulatlarının istehsalında isə 16,7 faiz azalma qeydə alınıb.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sahələrin əsas məhsullarından olan duru bitki yağlarının istehsalı 24,4 faiz artaraq 42,7 min ton, üzlü süd istehsalı 2,3 faiz artaraq 571,9 min ton, qaymaq və xama istehsalı 1,0 faiz artaraq 3,1 min ton, pivə istehsalı 15,5 faiz azalaraq 3,4 mlyn.dkl, alkoqolsuz içkilərin istehsalı 10,9 faiz azalaraq 18,6 mlyn.dkl təşkil edib.

O da məlum olur ki, geyim istehsalında 28,7 faiz, toxuculuq sənayesində isə 69,4 faiz azalma müşahidə olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm