• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Neft 30 dollar olarsa, Rusiyanı nə gözləyir?

Neft 30 dollar olarsa, Rusiyanı nə gözləyir?

Rus hökuməti gələn il neftin barelinin 30 dollara düşəcəyi halda iqtisadi şərtlərin öhdəsindən necə gələcəyini qiymətləndirir.

Publika.az xəbər verir ki, yerli mətbuat iki hökumət səlahiyyətlisinə istinadən rəsmi Moskvanın neftin 30 dollara düşəcəyi halda atacağı addımları müzakirə etdiyini bildirib.

Gəlirlərinin yarısını neft və qaz satışlarından əldə edən Rusiya iqtisadiyyatı üçün neftin qiyməti mühüm əhəmiyyət daşıyır. Ölkənin iqtisadiyyat nazirliyi neftin qiymətinin bu il orta hesabla 52 dollar, 2016-cı ildə isə 56 dollar olacağını proqnozlaşdırır.

Enerji nazirinin köməkçilərindən biri isə öz şərhində neftin 40 dollardan aşağı düşəcəyi halda Rusiyanın neft istehsalını azaldacağını bildirib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR