Asiya İnkişaf Bankı regionun iqtisadi inkişaf tempinin proqnozunu aşağı salıb
Bizi izləyin

Ekopublika.az

Asiya İnkişaf Bankı regionun iqtisadi inkişaf tempinin proqnozunu aşağı salıb

Çinin iqtisadi problemləri ilə bağlı Asiya İnkişaf Bankı (AİB) regionun iqtisadi inkişaf tempinin proqnozunu aşağı salıb. Bankın sentyabrın 22-də dərc olunmuş hesabatında qeyd edilir ki, regionun iqtisadi inkişaf proqnozu əvvəl gözlənildiyi kimi 6,3 faiz deyil, 5,8 faiz təşkil edəcək.

Mərkəzi ofisi Manilada yerləşən bankın qənaətinə görə, Çin cari ildə ümumi daxili məhsulun (ÜDM) 7 faiz artımına nail ola bilməyəcək. AİB mütəxəssislərinin qənaətinə görə, Çində ÜDM-nin artım tempi cari ildə cəmi 6,8 faiz təşkil edəcək , 2016-cı ildə isə bu rəqəm 6,7 faizə enəcək.

Asiyanın inkişaf etməkdə olan ölkələri arasında liderlik, bankın proqnozuna görə, cari ildə ÜDM-nin 7,4 faiz artacağı Hindistana keçəcək.

Xatırladaq ki, Asiya İnkişaf Bankına Azərbaycan və Özbəkistandan başlamış Avstraliya və İndoneziya da daxil olmaqla 48 Asiya-Sakit okean regionu ölkəsi üzvdür. Buraya həmçinin ABŞ, Kanada və Avropa İttifaqı üzvü olan qeyri-region ölkələri də daxildir. Bankın əsas vəzifəsi inkişaf layihələri və texniki yardımdan ibarətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm