Putin etiraf etdi: “İqtisadi durum çətindir"
Bizi izləyin

Ekopublika.az

Putin etiraf etdi: “İqtisadi durum çətindir"

“Ölkədə iqtisadi vəziyyət çətindir, amma kritik deyil”.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hökumət rəsmilərinin iştirakı ilə 2016-cı ilin dövlət büdcəsinin müzakirəsində deyib. O qeyd edib ki, 2016-cı ildə büdcə kəsiri daxili məhsulun 3 faizindən çox olmamalıdır.

Qeyd edək ki, dünya bazarında neftin qiymətinin düşməsi və Ukrayna münaqişəsinə görə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurur. Bu həmçinin rublun məzənnəsinin dollar və avroya nisbətdə kəskin düşməsinə səbəb olub.

Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2015-ci ildə Rusiyada 3,4 faiz iqtisadi geriləmə olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm