"Azəriqaz" 1000 nəfər işçi axtarır
Bizi izləyin

Ekopublika.az

"Azəriqaz" 1000 nəfər işçi axtarır

“Hazırda SOCAR-ın "Azəriqaz" İB-də 1 000 nəfərə yaxın işçi qüvvəsinə ehtiyac var”.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib. O qeyd edib ki, bu boşluğu doldurmaq üçün müsabiqə elan olunub. Müsabiqə neft sektorunun inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki dövlət siyasətinə əsaslanaraq Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və SOCAR arasında əməkdaşlıq haqqında memorandum çərçivəsində gənclərin məşğulluğun təmin olunmasına yönəlib. Artıq sənədlər “Azəriqaz” tərəfindən nazirlik yanında Dövlət Məşğulluq Xidmətinə təqdim olunub. Müsabiqəyə 30 yaşı olmayan minimum tam orta təhsili, fiziki cəhətdən sağlam olan və regionlarda daimi yaşayan (Bakı, Sumqayıt və Abşeron rayonunda qeydiyyatda olanlardan başqa) iştirak edə bilərlər.

O qeyd edib ki, vakansiya üzrə 410 nəfər dərhal işə götürüləcək. 560 əlavə vakansiya üzrə qəbul olunanlar isə bir il ərzində proqnozlaşdırılan vakant yerləri üçün SOCAR-ın kadr ehtiyatları bazasına daxil ediləcək və işə qəbul olunacaq.

Müsabiqə prosesinin bütün mərhələləri barədə məlumatlar iddiaçıların müraciət zamanı göstərdikləri elektron poçt ünvanlarına və mobil telefon nömrələrinə SMS vasitəsilə göstəriləcək. Müraciəti təsdiq edilən iddiaçıların hər birinə Fərdi İdentifikasiya nömrəsi və şifrə veriləcək. Bunun vasitəsilə onlar müvafiq linkə daxil olmaqda müsabiqənin nəticələri haqqında məlumat ala biləcəklər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm