• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Neft Fondu 53 milyarda Yaponiyada əmlak alıb

Neft Fondu 53 milyarda Yaponiyada əmlak alıb

Dövlət Neft Fondu (ARDNF) “Mitsubishi UFJ Trust and Banking Corporation” ilə birgə Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən dəyəri 52,3 mlrd yapon yeni təşkil edən "Kirarito Ginza" ticarət obyektini satın alıb.

Fonddan Publika.az-a bildirilib ki, bu ARDNF-ın Yaponiyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır. Binanın alqı-satqı prosesində satıcı qismində “Elliott Advisors Asia Limited” və “Orix Corporation” çıxış edib.

Ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenyuda yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılıb və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 647 kvadratmetr təşkil edir və 47 şirkət tərəfindən icarəyə götürülüb.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Yaponiya daşınmaz əmlak investisiyası ilə bağlı məmnunluğunu bildirib: "Bu daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd onun uzun müddət ərzində dəyərini qoruyub saxlaması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır".

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR